Xəbərlər
Təhsil müəssisələrinin işçiləri arasında şahmat yarışı keçirilmişdir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş təhsil müəssisələrinin işçiləri arasında şahmat yarışı keçirilmişdir.
Yarış başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuşdur. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin idman sahəsinə göstərdiyi qayğı və diqqəti qeyd etmiş, bu qayğının Ulu Öndərin davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırmışlar.
Yarışın nəticələrinə görə qadınlar arasında I yerə Əhmədova Vüsalə, II yerə Salehova Cəmilə, III yerə Camaləddinli Nilgün, kişilər arasında I yerə Cavadov Eynullah, II yerə Abdullayev Güloğ lan, III yerə isə Kərimov Adil layiq görülmüşdür.
Qaliblər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsi tərəfindən diplom və pul mükafatı ilə təltif olunmuşlar.














