Xəbərlər
Təhsil Nazirliyinin IX qrant layihəsi çərçivəsində “TESOL ilə Peşəkar İnkişafa Dəstək” – xarici dil müəllimləri üçün onlayn ixtisasartırma və mentorluq proqramı layihəsinin bağlanış mərasimi keçirilib.

24 aprel 2026-cı il tarixində ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Qurbanəfəndi kənd tam orta ümumtəhsil məktəbində Təhsil Nazirliyinin IX qrant layihəsi çərçivəsində “TESOL ilə Peşəkar İnkişafa Dəstək” – xarici dil müəllimləri üçün onlayn ixtisasartırma və mentorluq proqramı layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Qəbələ şəhər 1 nömrəli tam orta məktəbin direktoru, eyni zamanda layihə rəhbəri Tənzilə xanım Kazımova, Şəki-Zaqatala regionu üzrə AGMA-nın sədri ,eyni zamanda layihənin təlimçisi Fəridə xanım Ağayeva, müxtəlif məktəblərin ingilis dili müəllimləri, məktəb rəhbərliyi və kollektivi iştirak edib.
Görüş zamanı layihənin məqsəd və vəzifələri, həmçinin həyata keçirilmiş fəaliyyətlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Qeyd edək ki, layihə İsmayıllı rayonu Qurbanəfəndi kənd tam orta ümumtəhsil məktəbinin qabaqcıl ingilis dili müəllimi Fatma Talıblı tərəfindən icra olunur. Qrant layihəsini uğurla həyata keçirib icrasını tamamladığına görə layihə rəhbəri məktəbin ingilis dili müəllimi Fatma Talıblı ETİHİ Rayon Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırıldı.







