Xəbərlər
Təhsil ocağının zəhmətkeş əməkdaşı yubiley münasibətilə təltif edildi

Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin texniki işçisi İbadova Xuraman İsmayıl qızının 65 illik yubileyi qeyd olunmuşdur. Uzun illər ərzində təhsil ocağında vicdanla və məsuliyyətlə çalışan Xuraman xanım kollektivin dərin hörmət və rəğbətini qazanmışdır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Xuraman xanım qiymətli hədiyyələrlə təltif olunmuşdur. Təltif mərasimində onun məktəbin ictimai həyatındakı fəallığı, zəhmətkeşliyi və işinə olan sevgisi xüsusi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, Xuraman xanım illər boyu çalışdığı kollektivdə səmimiyyəti, zəhmətsevərliyi və nümunəvi davranışı ilə seçilmiş, məktəbin təmiz və səliqəli saxlanılmasında böyük əməyi olmuşdur. Yubilyara möhkəm cansağlığı, uzun ömür və bundan sonrakı həyatında xoşbəxtlik və uğurlar arzulayırıq.








