Xəbərlər
Təhsil sahəsində çalışan ittifaq üzvlərinin övladlarına bayram hədiyyələri təqdim edilib.
18/03/2025, 12:49

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən Novruz Bayramı münasibətilə ittifaq üzvlərinə və onların övladlarına bayram hədiyyələri təqdim edilib.
İttifaq üzvləri, onlara göstərilən diqqət və qayğıya görə AHİK və ATİAHİ rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Hədiyyələrin paylanması ittifaq üzvlərinin bayram əhval-ruhiyyəsini yüksəldib və həmrəyliyin əhəmiyyətini bir daha önə çəkib.





