“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən Əlihəsən müəllimin 70 illik yubileyi qeyd olundu.

12/06/2026, 16:46
xeber1

Astara rayonu Ərçivan qəsəbə 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Baxşıyev Əlihəsən Mirzəhəsən oğlunun 70 illik yubileyi qeyd olunub.

Əlihəsən müəllim peşəsinə olan sevgisi, müəllim adına layiq fəaliyyəti, yüksək mənəvi keyfiyyətləri və zəngin pedaqoji təcrübəsi ilə həmkarlarının, şagirdlərinin və valideynlərin dərin hörmətini qazanmışdır. Onun təhsilimizin inkişafına verdiyi dəyərli töhfələr hər zaman yüksək qiymətləndirilir.

Yubiley tədbirində çıxış edənlər Əlihəsən müəllimin uzunillik pedaqoji fəaliyyətindən, gənc nəslin təlim-tərbiyəsində və vətənpərvər ruhda formalaşmasında göstərdiyi xidmətlərdən bəhs etmiş, ona bundan sonrakı həyatında möhkəm can sağlığı, xoşbəxtlik və uğurlar arzulamışlar.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Baxşıyev Əlihəsən Mirzəhəsən oğluna təhsil sahəsindəki səmərəli fəaliyyəti və 70 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunmuşdur.

Hörmətli Əlihəsən müəllim, 70 illik yubileyiniz mübarək olsun! Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və yeni uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: