“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil sahəsində səmərəli fəaliyyətin növbəti uğuru

22/06/2026, 12:04
xeber1

Şamaxı rayon B. Alıyev adına Ovculu kənd tam orta ümumtəhsil məktəbininin müəllimi Dursunalı Hacı oğlu Fərhadov uzunillik səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi dəyərli töhfələr və gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə görə ETİHİ Şamaxı Rayon Komitəsi tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi ilə təltif edilmişdir.

Dursunalı müəllimin təhsil sahəsindəki fədakar fəaliyyəti, peşəkarlığı və yetişməkdə olan nəslin maariflənməsi istiqamətində göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir.

Bu münasibətlə Dursunalı Hacı oğlu Fərhadovu ürəkdən təbrik edir, ona gələcək işlərində yeni uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq.

Sosial şəbəkələrdə paylaş: