Xəbərlər
Təhsil sahəsinə həsr olunmuş ömrün 65 illik yubileyi

Bərdə rayonunda təhsil sahəsində uzunillik səmərəli fəaliyyət göstərən Faiq İsmayılov adına Mollagüllər kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Rahilə Yusib qızı Alıyevanın 65 illik yubileyi qeyd edilib.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Rahilə Alıyeva fəxri fərmanla təltif olunub və ona hədiyyə təqdim edilib.
Tədbirdə çıxış edənlər Rahilə Alıyevanın təhsil sahəsindəki çoxillik xidmətlərini, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi əvəzsiz əməyi və məktəbin inkişafına verdiyi töhfələri yüksək qiymətləndiriblər. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin nümayəndələri yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.




