“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil İşçiləri üçün ekskursiya təşkil olundu.

31/05/2026, 14:22
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilati dəstəyi ilə Bərdə rayon Elxan Zeynalov adına Hacallı-1 kənd tam orta ümumtəhsil məktəbinin kollektivi asudə vaxtlarının səmərəli təşkili və kollektiv ruhun gücləndirilməsi məqsədilə Xankəndi-Şuşa-Lacın istiqamətinə maarifləndirici və istirahət xarakterli tur həyata keçirmişdir.

Səfər çərçivəsində iştirakçılar Azərbaycanın füsunkar təbiəti, tarixi-mədəni abidələri və bölgənin zəngin turizm imkanları ilə yaxından tanış olmuş, həmçinin təhsil işçiləri üçün asudə vaxtlarının mənalı təşkili üçün gözəl bir fürsət yaradılmışdır. Bu cür tədbirlər pedaqoji kollektiv arasında həm əməkdaşlıq ruhunun möhkəmlənməsinə, həm də motivasiyanın yüksəlməsinə töhfə verir.


Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: