“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil İşçiləri üçün unudulmaz gəzinti turu təşkil edildi

10/06/2026, 09:27
xeber1

Təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Lənkəran və Lerik rayonlarına gəzinti turu təşkil edilmişdir. Tur iştirakçıları Azərbaycanın cənub bölgələri Xəzər sahili,Hirkan meşələri zəngin təbiəti, əsrarəngiz mənzərələri və tarixi-mədəni abidələri ilə yaxından tanış olmuşlar.

Səfər zamanı iştirakçılar Lənkəranın füsunkar təbiətini, yaşıllıqlarla əhatə olunmuş istirahət məkanlarını ziyarət etmiş, daha sonra Lerik rayonunun möhtəşəm dağ mənzərələrini seyr etmişlər. Təbiətin gözəllikləri, təmiz dağ havası və maraqlı ekskursiyalar iştirakçılarda xoş təəssüratlar yaratmışdır.

Turun əsas məqsədi təhsil işçilərinin istirahətinin səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin möhkəmləndirilməsi və onların mənəvi asudə vaxtının zənginləşdirilməsi olmuşdur.

Tur iştirakçıları göstərilən qaygıya görə ETİHİ-nın Respublika komitəsinə öz təşəkkürlərini bildirdilər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: