“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil İşçilərinin 65 illik yubiley tədbirləri davam edir

23/10/2026, 16:09
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin texniki işçisi, istehsalat sahəsi və xidməti otaqlarının təmizliyinə baxan Çimnaz Hacıyevanın çalışmanın son yaş həddinə çatması münasibətilə 65 illik yubiley tədbiri keçirilmişdir. Tədbirdə ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak ediblər. Uzun illər ərzində çalışdığı peşə təhsil mərkəzində öz zəhmətilə, məsuliyyəti və səmimiyyətilə hörmət qazanmış Çimnaz xanım haqqında çıxış edən qonaqlar , kollektiv üzvləri xoş xatirələrini bölüşərək ona sağlam ömür və xoş istirahət arzuladılar. Yubılyarın peşə təhsil mərkəzinin təmizliyində, səliqəsində , müəllimlərin əmək şəraitinin yaxşılaşmasında , tələbələrin tədris otaqlarının gigiyenik qaydalara əməl olunmasına şərait yaradılmasında böyük zəhməti olduğu vurğulandı.

Çimaz Hacıyeva uzun illər təhsil sahəsində səmərəli fəailiyyətinə və yubiley yaşının tamam olması münsibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və xatirə hədiyyəsilə təltif olundu.

Rayonun təhsil ictimaiyyəti adından Çimnaz Hacıyevanı yubiley yaşının tamam olması münasibətilə təbrik edir, sağlam ömür və xoş istirahət arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: