Xəbərlər
Təhsil İşçilərinin mədəni istirahəti

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin üzv təşkilatlarının İlk Həmkarlar İttifaqı sədrləri ailə üzvləri ilə birlikdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ölkəmizin nüfuzlu yetləri olan Buzovna ,Şıx, Miras sanatoriya və kurort mərkəzlərində istirahətlə təmin olunmuşdur. Bu istirahət proqramı təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, sağlamlığının qorunması və onların əməyinə verilən yüksək dəyərin bariz nümunəsidir.
Qeyd olunmuşdur ki, son illər Respublika Komitəsi tərəfindən təhsil işçilərinə göstərilən diqqət və qayğı, həyata keçirilən sosial layihələr və ardıcıl islahatlar üzvlər tərəfindən böyük məmnunluqla qarşılanır. Ailə üzvləri ilə birlikdə istirahət imkanının yaradılması həmkarlar ittifaqının üzvlərinə olan xüsusi qayğının göstəricisi kimi dəyərləndirilir.
Bu münasibətlə Ağstafa Rayon Komitəsinin üzvləri adından Azərbaycan Həmkarlar İttifaqlarının Respublika Komitəsinin sədri Sahib Məmmədova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə və bu təşəbbüsün həyata keçirilməsində əməyi olan hər kəsə dərin təşəkkür ifadə olunmuş, gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.







