Xəbərlər
Təhsil İşçilərinin xoş istirahətləri davam edir
29/06/2026, 10:15

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qubadlı Rayon Komitəsi Qubadlı rayon Şahbaz Kərimov adına Çərəli kənd tam orta məktəbinin kollektivinin asudə vaxtının səmərəli keçirilməsini təşkil etmişdir. Onlar ölkəmizin səfalı guşəsi olan İsmayıllı şəhərinə səfər etmiş, gözəl təbiətin qoynunda istirahət etmiş və xatirə şəkilləri çəkdirmişlər. Kollektiv yaradılan şərait və dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürlərini bildiriblər.







