Xəbərlər
Təhsil İşçisi fəxri fərmana laiq görüldü
28/04/2026, 11:29

Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Quliyeva İlduzə Bəbiş qızının 65 illik yubileyi qeyd olunub.
Bu münasibətlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi tərəfindən yubilyara fəxri fərman və hədiyyə təqdim edilib. Tədbirdə çıxış edənlər İlduzə müəllimənin uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərdiyini, gənc nəslin yetişdirilməsində böyük zəhmət sərf etdiyini vurğulayıblar.
Qeyd olunub ki, onun pedaqoji fəaliyyəti dövründə qazandığı təcrübə və biliklər şagirdlərin təlim-tərbiyəsində mühüm rol oynayıb. İlduzə müəlliməyə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulanıb.




