Xəbərlər
Təhsil sektorunun işçiləri üçün 05 iyul 2026-cı il tarixində istirahət mərkəzinə ekskursiya təşkil olunub.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər Rayon Təhsil Sektorunun kollektivi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin təşkilatçılığı ilə Toğanada yerləşən “Yaşıl Ada” istirahət mərkəzinə birgünlük gəzinti təşkil olunmuşdur. Kollektiv üzvləri bu cür sosial layihələrin təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətinin təmin olunması və kollektiv ruhunun daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd etmişlər. Səfər zamanı yaddaqalan anlardan biri də Kəlbəcər Rayon Təhsil Sektorunun əməkdaşı Fuad müəllimin doğum gününün qeyd olunması olmuşdur. Kollektiv üzvləri onu təbrik edərək ən xoş arzularını çatdırmışlar. Səfər iştirakçıları onlara göstərilən diqqət və qayğıya, yaradılan yüksək şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinə səmimi minnətdarlıqlarını bildirmişlər.





