Xəbərlər
"Təhsil İstirahət Mərkəzi"
18/08/2026, 15:16

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin xidmətində olduğu təhsil müəssisələrində çalışan ittifaq üzvləri “e-AHİK” elektron rezervasiya sistemi vasitəsilə qeydiyyatdan keçərək Elm və Təhsil İşçiləri Respublika Komitəsinin tabeliyində fəaliyyət göstərən "Təhsil İstirahət Mərkəzində" istirahət ediblər.
İttifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili və istirahətlərinin yüksək səviyyədə təmin olunması məqsədilə yaradılan şəraitdən yararlanan üzvlər mərkəzdə göstərilən xidmətlərin keyfiyyətindən və yaradılmış yüksək səviyyəli şəraitdən razılıqlarını ifadə ediblər.







