“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil Tələbə Krediti Fondu Gəncə Dövlət Universitetində maarifləndirici görüş keçirib.

15/10/2025, 13:37
xeber1

14 oktyabr 2025-ci il tarixində Gəncə Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun (TTKF) əməkdaşlarının yeni qəbul olunmuş tələbələrlə maarifləndirici görüşü təşkil olunub.

Görüşdə tələbələrə Təhsil Tələbə Kreditinin məqsədi, tətbiq mexanizmi, eləcə də kreditin tələbələr üçün yaratdığı maddi və sosial üstünlüklər barədə ətraflı məlumat verilib. TTKF nümayəndələri proqramdan yararlanma şərtləri, müraciət qaydaları və kreditin geri ödənilməsi prosesinə dair sualları cavablandırıblar.

Tədbirin əsas məqsədi tələbələr arasında Təhsil Tələbə Kreditinin imkanları haqqında maarifləndirmə işini genişləndirmək və onların təhsildə bərabər imkanlardan istifadə etməsinə dəstək göstərmək olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: