Xəbərlər
Təhsil verənlərin sertifikatlaşdırılması prosesində növbəti uğur

Təhsil verənlərin sertifikatlaşdırılması prosesinin imtahan mərhələsində QRTİ Ağcabədi rayonunun ümumi təhsil müəssisələrinin müəllimləri yüksək nəticələr əldə ediblər.
Ağcabədi rayon Hacıbədəlli kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Jalə Heydərzadə sertifikasiya imtahanında 51 bal toplayaraq uğurlu nəticə göstərib.
Ağabəyli kənd ümumi orta məktəbinin təsviri incəsənət müəllimi Əsədova Fəridə Rəfayıl qızı da sertifikasiya imtahanında uğurla iştirak edərək 55 bal toplayıb.
Camal İbrahimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Məmmədli Gülşən sertifikasiya imtahanında 56 bal toplayaraq uğurlu nəticə əldə edib.
C. Həsənov adına Hüsülü kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Quliyeva Könül sertifikasiya imtahanında uğurla iştirak edərək 57 bal toplayaraq uğurlu nəticə əldə edib.
M.F.Axundov adına 3 nömrəli məktəb - liseyin təsviri incəsənət müəllimi Məmmədova Ülfanə Azər qızı sertifikasiya imtahanında uğurla iştirak edərək 57 bal toplayıb.
S.Quliyev adına Muğanli kənd tam orta ümumtəhsil məktəbinin kimya fənni üzrə müəllimi Hüsüyeva Həmidə, sertifikasiya imtahanında uğurla iştirak edərək 55 bal toplayıb.
Akif Sultanov adına Kürdlər kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Cəfərova Töfhə sertifikasiya imtahanında yüksək nəticə göstərərək 51 bal toplayıb
ETİHİ Ağcabədi Rayon Komitəsi hər bir müəllimi bu nailiyyət münasibətilə təbrik edir, onlara gələcək pedaqoji fəaliyyətlərində yeni uğurlar və peşəkar nailiyyətlər arzulayır.









