“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil verənlərin sertifikatlaşdırılması prosesində növbəti uğur

27/06/2026, 16:42
xeber1

Ağcabədi Rayon 1 nömrəli tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi, II Qarabağ müharibəsi iştirakçısı Elgün Həsənov təhsil verənlərin sertifikatlaşdırılması prosesinin imtahan mərhələsində yüksək nəticə göstərərək cəmi 25 dəqiqəyə 53 bal toplayıb.

Vətən müharibəsində Zəfər bayrağının ucaldılması uğrunda şərəflə mübarizə aparan Elgün müəllim bu dəfə də bilik və peşəkarlığı ilə uğura imza ataraq sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə edib.

Hörmətli Elgün müəllim!

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi olaraq Sizi ürəkdən təbrik edir, məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar, möhkəm can sağlığı və daha böyük nailiyyətlər arzulayırıq!

Gallery Image

Sosial şəbəkələrdə paylaş: