Xəbərlər
Təhsildə çalışan müharibə veteranları ilə Yeni il şənliyi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən Ağstafa rayonu üzrə təhsil sahəsində çalışan müharibə veteranları Yeni il ərəfəsində — 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edilmişdir.
Görüş zamanı müharibə veteranlarının Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdikləri qəhrəmanlıq, fədakarlıq və şücaət xüsusi vurğulanmış, onların bu gün təhsil sahəsində fəaliyyət göstərərək gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə verdikləri töhfələr yüksək qiymətləndirilmişdir.
ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən müharibə veteranlarına göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu qeyd edilmiş, bu sahədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial dəstək tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Sonda Komitənin sədri Elvira Əfəndiyeva müharibə veteranlarını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.



