“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsildə keyfiyyət və peşəkarlıq

08/09/2026, 17:03
xeber1

150 nömrəli tam orta məktəbdə Sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərin təltif olunması mərasimi keçirilib.

Məktəbin 11 nəfər müəllimi Sertifikasiya imtahanında 50 və daha yüksək bal toplayaraq yüksək nəticə göstərib. Müəllimlərin peşəkar inkişafı və əldə etdikləri uğurlu nəticələr nəzərə alınaraq onlar sertifikatla təltif olunublar.

Tədbirdə 150 nömrəli tam orta məktəbin direktoru Pərvanə Səfərova Qorxmaz qızı və təlim-tərbiyə işləri üzrə direktor müavini Əsgərova Dürdanə Talıq qızı iştirak ediblər.

Tədbirdə çıxış edən ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli Vəkil oğlu müəllimlərin peşəkarlığının və davamlı inkişafının təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. O, Sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimləri təbrik edərək, onların nailiyyətlərinin həmkarları üçün də örnək olduğunu qeyd edib.

Təltif olunan müəllimlər göstərilən diqqət və yüksək qiymətləndirməyə görə təşəkkürlərini bildiriblər.

ETİHİ Yasamal Rayon Komitəsi olaraq yüksək nəticə göstərən bütün müəllimləri təbrik edir, onlara gələcək pedaqoji fəaliyyətlərində yeni uğurlar və nailiyyətlər arzulayırıq!

Uğurunuz daim olsun, dəyərli müəllimlər!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: