“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Təhsildə şəffaflıq gələcəyimizin təminatıdır” mövzusunda maarifləndirici tədbir

22/05/2026, 15:29
xeber1

Ağdam rayon təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Ağdam rayon 135 nömrəli tam orta ümumtəhsil məktəbində “Korrupsiyaya yox deyək” devizi altında maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Ağdam rayon təhsil sektorunun müdiri Tahir Abbasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov, Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq və kadr məsələləri sektorunun müdiri Baxşalıyev Şirxan Məhəmməd oğlu korrupsiyanın cəmiyyətə vurduğu zərərlərdən, şəffaflığın və qanunlara hörmətin vacibliyindən danışıblar. Bildirilib ki, korrupsiyaya qarşı mübarizə hər bir vətəndaşın məsuliyyəti olmaqla yanaşı, sağlam və ədalətli cəmiyyətin formalaşmasının əsas şərtlərindən biridir. Xüsusilə təhsil sahəsində şəffaflığın qorunması, müəllim-vətəndaş münasibətlərində dürüstlük prinsiplərinin təşviqi və gənc nəslin hüquqi maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Tədbirdə müxtəlif təhsil müəssisələrindən məktəb direktorları, müəllimlər və digər təhsil işçiləri olmaqla ümumilikdə 97 nəfər iştirak edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: