Xəbərlər
Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçiriləcək
26/09/2025, 16:07

Oktyabrın 4-də Bakı Slavyan Universitetində Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçiriləcək.
Beynəlxalq Forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tərəfdaşlığı, Bakı Slavyan Universiteti və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formada reallaşacaq.
Forum “Emosional və süni zəkanın balansı, hər kəs üçün keyfiyyətli təhsil, sürət dövrü: xarakter və iradə tərbiyəsi, təcili təhsil yardımı: çoxnövlü savadlılıq” mövzularını əhatə edəcək.



