“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsilə həsr olunan ömrün 65 illik zirvəsi

10/06/2026, 15:09
xeber1

Göyçay rayonu Ləkçılpaq kəndi M. K. Atatürk adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində uzun illər vicdanla çalışan, təhsil sahəsində səmərəli fəaliyyət göstərən və məktəbin ictimai həyatında fəallıqları ilə seçilən əməkdaşların 65 illik yubileyləri münasibətilə tədbir keçirilmişdir.


Yubiley münasibətilə məktəbin dəyərli əməkdaşları — Həmidova Təranə Əlsaab qızı, Həmidova Xatirə Mehdi qızı, Seyidova Lətafət Hüsnü qızı və Qurbanova Həqiqət Soltanəli qızı ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən təbrik olunmuş, onlara səmərəli fəaliyyətlərinə görə mükafat və təşəkkürnamələr təqdim edilmişdir.


Çıxış edənlər qeyd etmişlər ki, yubilyarlar uzun illər ərzində gənc nəslin savadlı, vətənpərvər və layiqli vətəndaş kimi yetişməsində böyük zəhmət çəkmiş, öz peşələrinə daim məsuliyyət və sevgi ilə yanaşmışlar. Onların təhsil sahəsində qazandıqları nüfuz, həmkarları və şagirdləri arasında böyük hörmət qazanmalarına səbəb olmuşdur.


ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən yubilyarlara gələcək həyatlarında möhkəm can sağlığı, ailə xoşbəxtliyi, uzun ömür və yeni uğurlar arzulanmışdır.


Təhsilimizin inkişafı naminə göstərdiyiniz fədakar əməyə görə hər birinizə təşəkkür edir, 65 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq!













Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: