“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsilə həsr olunan ömrün şərəfli anı

15/04/2026, 12:38
xeber1

Göyçay rayonu, Qasım Həsrətov adına Mırtı kənd tam orta ümumtəhsil məktəbinin dəyərli müəllimi Həsənova Xuraman Ciyərxan qızının 65 illik yubileyi münasibətilə səmimi və unudulmaz görüş təşkil olunmuşdur.


Elmi və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin nümayəndələri yubilyarı ziyarət edərək onu bu əlamətdar gün münasibətilə ürəkdən təbrik etmişlər. Görüş zamanı müəlliməyə gül buketi təqdim olunmuş, mükafat və dəyərli hədiyyələr verilmişdir. Bu diqqət və qayğı uzun illərin zəhmətinə verilən yüksək qiymətin bariz nümunəsi olmuşdur.


Tədbir zamanı məktəbin pedaqoji kollektivi də yubilyarı səmimi sözlərlə təbrik etmiş, ona ən xoş arzularını çatdırmışdır. Həsənova Xuraman müəllimə göstərilən diqqət və ehtirama görə dərin minnətdarlığını bildirərək, bu xoş günün onun üçün unudulmaz olduğunu vurğulamışdır.


Belə dəyərli insanların əməyinin qiymətləndirilməsi həm kollektiv üçün, həm də gənc nəsil üçün böyük örnəkdir.


Bir daha yubileyiniz mübarək, hörmətli Xuraman müəllimə! Sizə sağlam, uzun və mənalı ömür arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: