“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsilə həsr olunan ömür: Mirzəyeva Xatirə Ağasəlim qızının 65 illik yubileyi

21/04/2026, 11:31
xeber1

Şamaxı şəhər 6 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Mirzəyeva Xatirə Ağasəlim qızı pedaqoji sahədə uzunmüddətli və məhsuldar fəaliyyəti ilə seçilən nüfuzlu ziyalılardandır. O, illər boyu şagirdlərin dərin biliklərə yiyələnməsi, onların intellektual və yaradıcı bacarıqlarının inkişafı, eyni zamanda vətənpərvər, yüksək mənəvi dəyərlərə malik şəxsiyyətlər kimi formalaşması istiqamətində böyük əzmkarlıq və fədakarlıq göstərmişdir.

Təhsil sahəsindəki səmərəli fəaliyyəti və gənc nəslin yetişdirilməsinə verdiyi mühüm töhfələr nəzərə alınaraq, Mirzəyeva Xatirə Ağasəlim qızı ETİHİ Şamaxı rayon komitəsi tərəfindən təltif olunmuş, ona fəxri fərman və xatirə hədiyyəsi təqdim edilmişdir.

Bu uğur onun pedaqoji fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir.

Sosial şəbəkələrdə paylaş: