“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsilə həsr olunan ömür: Səadət Vəlizadə Fəxri Fərmanla təltif edildi

02/07/2026, 14:51
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsi tərəfindən Şamaxı rayonu Elşən Hüseynov adına tam orta ümumtəhsil məktəbinin müəllimi Vəlizadə Səadət Vəli qızı 65 illik yubileyi münasibətilə təltif olunub.

Tədbirdə qeyd edilib ki, Səadət Vəlizadə uzun illər ərzində pedaqoji fəaliyyətini yüksək peşəkarlıq, məsuliyyət və fədakarlıqla həyata keçirərək təhsilin inkişafına dəyərli töhfələr verib. O, gənc nəslin bilikli, vətənpərvər və yüksək mənəvi dəyərlərə malik vətəndaş kimi formalaşmasında mühüm xidmətlər göstərib, həmkarları və şagirdləri arasında böyük hörmət və nüfuz qazanıb.

Uzunillik səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi dəyərli töhfələr və gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər nəzərə alınaraq, Vəlizadə Səadət Vəli qızı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsi tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi ilə təltif edilib.

ETİHİ Şamaxı Rayon Komitəsi kollektivi hörmətli müəllimi 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və uğurlar arzulayır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: