“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsilə həsr olunmuş şərəfli ömür

19/12/2025, 18:49
xeber1

Göyçay rayonu Zülfüqar Zülfüqarov adına Qaraxıdır kənd tam orta ümumtəhsil məktəbində pedaqoji fəaliyyətini şərəflə və məsuliyyətlə həyata keçirən, kollektivin və şagirdlərin dərin hörmətini qazanan müəllim Nəsirova Səkinə Murad qızının 65 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilmişdir.


Tədbirdə məktəbin pedaqoji kollektivi iştirak etmiş, Səkinə müəllimin təhsil sahəsində uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyət, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsindəki xidmətləri xüsusi vurğulanmışdır.

ETİHİ Göyçay Rayon Komitəsinin sədri Səmədova Kəmalə yubilyarı əlamətdar gün münasibətilə səmimi təbrik edərək ona fəxri fərman, gül dəstəsi və mükafat təqdim etmiş, gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Səkinə müəllimə göstərdiyi fədakar əməyə, pedaqoji nümunəyə və kollektivə verdiyi töhfələrə görə məktəbin tarixində özünəməxsus yer tutur. Bu münasibətlə ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: