“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsilə xidmət nümunəsi: Gülzadə Həmidovanın 65 illik yubileyi

15/06/2026, 14:01
xeber1

Göyçay şəhər Vüqar Əliyev adına 8 nömrəli ümumi orta ümumtəhsil məktəbinin təhsil işçisi Həmidova Gülzadə Kərəm qızının 65 illik yubileyi münasibətilə təbrik tədbiri keçirilib.


ETİHİ Göyçay Rayon Komitəsinin nümayəndələri tərəfindən yubilyar ziyarət olunaraq ona xoş arzular çatdırılıb. Bildirilib ki, Gülzadə xanım uzun illər ərzində təhsil sahəsində səmərəli fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətləri ilə kollektivin və ictimaiyyətin hörmətini qazanıb.


Yubiley münasibətilə Həmidova Gülzadə Kərəm qızına möhkəm cansağlığı, ailə səadəti və gələcək həyatında uğurlar arzulanıb.


ETİHİ Göyçay Rayon Komitəsi yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür və fəaliyyətində yeni nailiyyətlər arzulayır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: