Xəbərlər
TƏHSİL İŞÇİLƏRİNİN SƏMƏRƏLİ İSTİRAHƏTİ DAVAM EDİR

Ağcabədi rayon Akif Sultanov adına Kürdlər kənd tam orta ümumtəhsil məktəbinin direktoru Məmmədov Rəşad Dilafət oğlu əmək məzuniyyətindən səmərəli istifadə edərək, gündəlik iş gərginliyindən uzaqlaşmaq, mənəvi və fiziki cəhətdən dincəlmək məqsədilə e-AHİK rəqəmsal platforması vasitəsilə Günəşli sanatoriyasına yollayış əldə edib.
Hazırda həmkarlar ittifaqının fəal üzvü Rəşad müəllim Günəşli sanatoriyasında istirahət edir.
Görüş zamanı Rəşad müəllim sanatoriyada yaradılmış müasir və rahat şəraitdən, keyfiyyətli tibbi xidmətdən və xidmət personalının diqqət və qayğısından məmnunluğunu ifadə edib. O, təhsil işçilərinin istirahətinin təşkilinə göstərilən diqqətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına dərin minnətdarlığını bildirib.
Güclü həmkarlar təşkilatı – qorunan hüquqlar, həmrəylik, birlik və sağlam kollektiv deməkdir!
ETİHİ Ağcabədi Rayon Komitəsi olaraq Rəşad müəllimə möhkəm cansağlığı, xoş ovqat və unudulmaz istirahət arzulayırıq!







