“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

TƏHSİL İŞÇİLƏRİNİN UNUDULMAZ İSTİRAHƏTİ

31/07/2026, 14:50
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən həyata keçirilən sosial dəstək layihələri uğurla davam etdirilir. Növbəti təşəbbüs çərçivəsində Bakı şəhəri 11 nömrəli körpələr evi-uşaq bağçasının həmkarlar ittifaqı üzvləri üçün Quba rayonuna birgünlük istirahət turu təşkil olunub.

Səfər zamanı kollektiv üzvləri Qubanın zəngin təbiəti, sərin dağ havası və gözoxşayan mənzərələri ilə yaxından tanış olub, füsunkar istirahət məkanlarında xoş və yaddaqalan anlar yaşayıblar. Gün ərzində təhsil işçiləri asudə vaxtlarını səmərəli keçirərək qeyri-rəsmi mühitdə bir araya gəlib, səmimi ünsiyyət qurub, kollektiv həmrəyliyini və qarşılıqlı münasibətlərini daha da möhkəmləndiriblər.

Belə turların təşkilində əsas məqsəd təhsil işçilərinin sosial rifahına dəstək vermək, onların mənəvi istirahətini təmin etmək və kollektiv daxilində sağlam əməkdaşlıq mühitini daha da gücləndirməkdir.

Səfərin sonunda iştirakçılar göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinə təşəkkürlərini bildiriblər. Bağça əməkdaşları bu cür layihələrin kollektivdə yüksək əhval-ruhiyyə yaratdığını, peşə fəaliyyətinə müsbət təsir göstərdiyini və gələcək iş uğurları üçün əlavə motivasiya mənbəyi olduğunu xüsusi vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: