Xəbərlər
TƏHSİL İSTİRAHƏT MƏRKƏZİ
03/07/2026, 22:41

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə müəllimlərin səmərəli istirahəti davam edir.
ETİHİ Ağcabədi Rayon Komitəsinin üzv təşkilatlarının 11 nəfər üzvləri də Təhsil İstirahət Mərkəzində istirahət edirlər.
Həmkarlar ittifaqı üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürlərini bildiriblər.





