Xəbərlər
Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən “Prometey” İntelektual Klubunun “Heisenberg” komandası Fövqaladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzi tərəfindən təşkil olunmuş Ümumilli Lider Heydər Əliyevin 103-cü il dönümünə həsr olunmuş “Xəmsə” tipli intelektual oyunda 2-ci yerə layiq görülüblər.

Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xəmsə” tipli intellektual oyunda Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən “Prometey” İntelektual Klubunun “Heisenberg” komandası yüksək nəticə göstərərək II yerə layiq görülmüşdür. Komandanın uğuru iştirakçıların bilik səviyyəsinin, analitik düşüncə qabiliyyətinin və komanda ruhunun göstəricisi olmaqla yanaşı, gənclərin intellektual inkişafına verilən önəmin bariz nümunəsidir. Tədbirin sonunda qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunmuşlar.







