“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili fəxri fərmanla təltif edilib

01/01/2026, 22:34
xeber1

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili il ərzində göstərdiyi səmərəli və uğurlu fəaliyyətinə görə fəxri fərmanla təltif edilib.


Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda rayon konfransı keçirilib.


Tədbirdə 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində, hüquqi dövlət əsaslarının formalaşdırılmasında mühüm rolu xüsusi vurğulanıb. Çıxışlarda Konstitusiyanın müstəqil, demokratik və hüquqi dövlət quruculuğuna xidmət etdiyi, insan hüquq və azadlıqlarının təmin olunmasını ali məqsəd kimi müəyyənləşdirdiyi qeyd edilib.


Bildirilib ki, mürəkkəb və taleyüklü bir dövrdə Heydər Əliyevin müdrik rəhbərliyi ilə qəbul edilən bu fundamental sənəd ölkədə ictimai-siyasi sabitliyin və davamlı inkişafın əsasını qoyub. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderin siyasi xəttinin uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Konfransın sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərmanlarla təltif olunub.


Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: