“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tələbələr bədii yaradıcılıq müsabiqə-festivalında uğurla çıxış ediblər

18/04/2026, 16:10
xeber1

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının növbəti mərhələsi Azərbaycan Texnologiya Universitetində təşkil olunub.

Müsabiqədə Mingəçevir Dövlət Universitetinin tələbələri də iştirak edərək yüksək səviyyəli çıxışları ilə seçiliblər. Tədbir çərçivəsində iştirakçılar müxtəlif yaradıcılıq istiqamətləri üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Tələbələr fərdi ifalarla səhnədə çıxış edərək münsiflər heyəti və tamaşaçılar tərəfindən maraqla qarşılanıblar. Müsabiqənin əsas məqsədi Heydər Əliyevin zəngin irsinin təbliği, onun ideyalarının gənc nəsil arasında aşılanması, eyni zamanda tələbələrin yaradıcılıq potensialının inkişaf etdirilməsi və milli dəyərlərə bağlılığın gücləndirilməsi olub.

Sonda fərqlənən iştirakçılar mükafatlandırılıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: