“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tələbələr üçün logistika sahəsinə maarifləndirici baxış

08/07/2026, 11:04
xeber1

BMU Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Logistika Klubunun təşkilatçılığı ilə “Logistikanı kəşf et” adlı tədbir baş tutub. Tədbirin əsas məqsədi tələbələri logistika sahəsi, bu istiqamətdə mövcud karyera imkanları və real iş mühiti ilə daha yaxından tanış etmək olub. Görüş zamanı iştirakçılara logistikanın əsas istiqamətləri, sahənin müasir tələbləri və peşəkar inkişaf yolları barədə məlumat verilib. Tələbələr tədbir çərçivəsində bu sahədə uğurlu karyera qurmaq üçün vacib bacarıqlar haqqında da maarifləndirilib. Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: