Xəbərlər
Tələbələr üçün Zəfər Müzeyinə maarifləndirici ekskursiya təşkil olunub.
12/03/2026, 13:19

Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Həmkar Könüllülər Departamenti tərəfindən tələbələr üçün Zəfər müzeyinə ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi tələbələrin asudə vaxtının səmərəli təşkili və onların tarixi irs və milli dəyərlərlə daha yaxından tanış olmalarına şərait yaratmaq olub.







