“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tələbələr “Urban Vision Mingəçevir 2026” hakatonunda uğurla iştirak ediblər

22/04/2026, 15:25
xeber1

Mingəçevir Dövlət Universitetinin tələbələri “Urban Vision Mingəçevir 2026” hakatonunda fəal iştirak edərək innovativ ideyaları ilə çıxış ediblər. Gənclərin təqdim etdiyi layihələr müasir şəhər inkişafı və yaradıcı yanaşmalar baxımından maraqla qarşılanıb.

Tədbir çərçivəsində ən yaxşı nəticə göstərən qalib komanda və onların mentorları mükafatlandırılıb. Digər iştirakçılar isə sertifikatlarla təltif olunaraq onların əməyi yüksək qiymətləndirilib.

Qeyd edilib ki, tələbələrin bu kimi hakatonlarda iştirakı onların bilik və bacarıqlarının inkişafına, innovativ düşüncə tərzinin formalaşmasına mühüm töhfə verir. Universitet tərəfindən tələbələrə göstərilən dəstəyin davam etdiriləcəyi vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: