Xəbərlər
Tələbələrimiz ATİAHİ Respublika Komitəsinin adlı təqaüdünə layiq görülüb.
03/10/2025, 13:39

20 may 2025-ci ildə BakıAli Neft Məktəbinin Konqres zalında ali, orta ixtisas və peşə məktəblərinin tədrisdə və ictimai həyatda fərqlənmiş tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilmişdir. Bu tədbirdə Üz. Hacıbəyli adlna Bakı Musiqi Akademiyasının nümyəndələri - HİK-nin sədri Aqil Qafulov və tələbələr - Vəliyeva Aytac, Yusifzadə Fidan, Hüseynzadə Nurdan, Mahmudova Aygül, Rzayeva Aytac və Rəsulov Cavidan iştirak etmişdir.Tələbələrimiz qiymətli hədiyyələrlə və adlı təqaüdlə təltif edilmişdir. Tələbələrimizi təbrik edirik!




