Xəbərlər
Tələbələrin Heydər Əliyev Mərkəzinə maarifləndirici ekskursiya təşkil olunub

Noyabrın 3-də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin və Göyçay Peşə Liseyinin tələbələri Göyçay rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Ekskursiya zamanı tələbələr Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, onun zəngin dövlətçilik irsi, Azərbaycanın inkişafı və ölkə tarixindəki müstəsna xidmətləri haqqında ətraflı məlumat əldə ediblər.
Bununla yanaşı, tələbələr İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Elnur Əliyev və Xəyal Məmmədovun şəxsi əşyalarından ibarət sərgiyə baxış keçiriblər.
Ekskursiyanın əsas məqsədi gənclərin tarixi irsimizə, milli-mənəvi dəyərlərimizə və şəhidlərimizin əziz xatirəsinə hörmət ruhunda tərbiyə olunmasına töhfə vermək olub.






