Xəbərlər
Təlim-tərbiyə işləri üzrə direktor müavininin 65 illik yubileyi qeyd olunub.

Bərdə rayonunda təhsil sahəsində uzunillik səmərəli fəaliyyəti ilə seçilən Bərdə rayon Nazim Hüseynov adına Alpout kənd tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseynova Təranə Yusif qızınin 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin nümayəndələri çıxış edərək Təranə müəllimənin təhsil sahəsindəki çoxillik və səmərəli fəaliyyətindən, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərdən, pedaqoji kollektiv arasında qazandığı nüfuzdan bəhs ediblər. Qeyd olunub ki, o, uzun illər ərzində məktəbin inkişafına, tədris prosesinin təkmilləşdirilməsinə və şagirdlərin hərtərəfli formalaşmasına mühüm töhfələr verib.
Yubiley münasibətilə Hüseynova Təranə Yusif qızı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif olunub və ona qiymətli hədiyyə təqdim edilib.
Təranə müəllimə göstərilən diqqət və yüksək qiymətə görə təşəkkürünü bildirib və sonda xatirə şəkili çəkilib.




