Xəbərlər
''Təlim-tərbiyədə müasir yanaşma və çağırışlar'' mövzusunda seminar təşkil olunub

ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Quba Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Quba rayonunda “Təlim-tərbiyədə müasir yanaşma və çağırışlar” mövzusunda keçirilən konfrans və təcrübi seminarda iştirak edib.
Konfrans zamanı yeni tədris ili ərəfəsində qarşıda duran əsas vəzifələr, müasir təlim metodlarının tətbiqi, fəaliyyət və tədris planlarının təkmilləşdirilməsi, innovativ yanaşmaların təhsil prosesinə inteqrasiyası və qabaqcıl təcrübənin bölüşdürülməsi məsələləri müzakirə edilib.
Tədbir çərçivəsində iştirakçılar arasında fikir və təcrübə mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətləri və prioritet vəzifələr müəyyənləşdirilib.










