Xəbərlər
Təltif olunan təhsil işçiləri ilə görüş keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə təltif edilmiş Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə rayonunun təhsil müəssisələrinin əməkdaşları ilə görüş keçirilib.
Görüşdə təltif olunan təhsil işçiləri – Bərdə şəhəri Fəxrəddin Muradov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Mehtiyeva Raziyə Fizuli qızı, Bərdə şəhəri Alı Mustafayev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Əkbərova Təhminə Söhrab qızı, Bərdə rayonu Həsənqaya kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Ağayev Yaşar Azay oğlu, Bərdə rayonu Adil Süleymanov adına Şorəlli kənd tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İsmayılzadə Dürdanə Xanlar qızı, Bərdə şəhəri 8 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Rəsulova Ofelya İlqar qızı və Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin kimya müəllimi Şahbazi İlahə Yusif qızı iştirak ediblər.
Görüşdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri təltif olunan təhsil işçilərini təbrik edərək onların təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə verdikləri töhfələri və peşəkar fəaliyyətlərini yüksək qiymətləndirib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi tərəfindən təhsil işçilərinə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, təltiflər təhsilin inkişafı sahəsində göstərdikləri xidmətlərə, gənc nəslin təlim-tərbiyəsi istiqamətində əldə etdikləri yüksək nailiyyətlərə görə təqdim edilib.
Təltif olunan bütün təhsil işçilərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!



