Xəbərlər
Təltif olunan təhsil işçiləri ilə görüş keçirilib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə təltif edilmiş Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində çalışan təhsil işçiləri ilə görüş keçirilib.
Görüşdə idarə müdiri təltif olunan təhsil işçilərini təbrik edərək onların təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə verdikləri töhfələri və göstərdikləri peşəkarlığı yüksək qiymətləndirib.
Daha sonra idarə müdiri tərəfindən təhsil işçilərinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanları və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib.
Qeyd edək ki, təltiflər təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə təqdim olunub.
Təltif olunan bütün təhsil işçilərimizi təbrik edir, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!








