Xəbərlər
Təqaüdçü müəllimlər "Təhsil " istirahət məzrkəzində

Göyçay Rayon Komitəsinin təşkilatçılığı ilə bir qrup təqaüdçü müəllim Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində istirahət edir.
Uzun illər təhsil sahəsində çalışan və gənc nəslin yetişdirilməsində böyük əmək sərf edən təqaüdçü müəllimlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən istirahət proqramı xoş təəssüratlarla davam edir.
Müəllimlər mərkəzin yaratdığı imkanlardan yararlanır, təmiz hava və gözəl təbiət qoynunda dincəlir, həmkarları ilə səmimi ünsiyyət quraraq xoş vaxt keçirirlər. Onlar belə tədbirlərin təqaüdçü müəllimlərə göstərilən diqqət və qayğının gözəl nümunəsi olduğunu bildirirlər.
“Bizim üçün belə gözəl istirahətin təşkil olunması böyük diqqət və qayğının göstəricisidir. Həmkarlarımızla birlikdə xoş və yaddaqalan günlər keçiririk. Bu şəraiti yaratdığı və bizi daim diqqətdə saxladığı üçün ETİHİ-yə, eləcə də Göyçay Rayon Komitəsinə dərin təşəkkürümüzü bildiririk.”
ETİHİ-yə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirik!




