Xəbərlər
Təqaüdçü müəllimlərimiz daim diqqət mərkəzimizdədir.
19/01/2026, 11:13

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin təşkilatçılığı ilə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbin direktoru Carçıyeva Rasimə məktəbdənkənar və sinifdən xaric işlər üzrə təşkilatçısı və bir neçə müəllim hazırda təqaüddə olan Qazax şəhər Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbin ingilis dili müəllimi Bəsdi Orucovanın 80 illik yubileyi münasibətilə təbrik etdilər. Uzun illər medaqoji fəaliyyəti və gənc nəslin təlim-tərbiyəsində göstərdiyi əməyi ilə seçilən Bəsdi müəllimi bu əlamətdar gün münasibətilə təbrik edir ona can sağlığı arzulayırıq.




