“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təqaüdçü müəllimlərimiz daim diqqətimizdədir.

12/01/2026, 21:14
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsi sədri Vüsalə Kərimova, Quba şəhər H.Hüseynov adına 4 nömrəli humanitar fənnlər təmayüllü məktəb-liseyinin hazırda təqaüddə olan riyaziyyat müəllimi Aida Qəniyevanın 70 illik yubiley tədbirində iştirak etmişdir. Aida müəllimə təhsil sahasində səmərəli fəaliyyət göstərərək, savadlı abituriyentlər yetişdirmişdir. Uzun illər səmərəli pedaqoji fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi fədakar əməyi və peşəsinə olan məxsusi sevgisi ilə seçilən Aida müəllimi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və uzun, xoşbəxt ömür arzulayırıq!

Gallery Image

Sosial şəbəkələrdə paylaş: