Xəbərlər
Təqaüdçü təhsil işçisinin sanatoriya təəssüratları öyrənilib

Sağlamlığının bərpası məqsədilə “Günəşli” sanatoriyasında istirahət edən Göyçay rayonu Mallı Şıxlı kənd tam orta ümumtəhsil məktəbinin keçmiş direktoru, 43 illik əmək stajına malik təqaüdçü təhsil işçisi Tofiq İsmayılov ziyarət olunub.
Sanatoriya istirahətindən sonrakı təəssüratlarını öyrənmək məqsədilə ETİHİ Göyçay Rayon Komitəsinin sədri və komitə nümayəndələri onun evində olublar.
Səmimi görüş zamanı Tofiq İsmayılov göstərilən diqqət və qayğıya görə ETİHİ Göyçay Rayon Komitəsinə təşəkkürünü bildirib. O, “Günəşli” sanatoriyasında yaradılmış şəraitdən razı qaldığını, istirahətin sağlamlığının möhkəmlənməsinə və özünü daha gümrah hiss etməsinə müsbət təsir göstərdiyini qeyd edib.
Görüş zamanı Tofiq İsmayılovun təhsil sahəsində 43 illik səmərəli fəaliyyəti, Mallı Şıxlı kənd tam orta ümumtəhsil məktəbinə rəhbərlik etdiyi dövrdə gördüyü işlər və təhsil sahəsinə verdiyi töhfələr yüksək qiymətləndirilib. Bildirilib ki, uzun illər təhsil sistemində çalışan təqaüdçü müəllim və rəhbər şəxslərə diqqət və qayğı göstərilməsi ETİHİ Göyçay Rayon Komitəsinin fəaliyyətində mühüm yer tutur.
Sonda Tofiq İsmayılova möhkəm cansağlığı, firavan ömür və ailə xoşbəxtliyi arzulayıb, ona göstərdiyi dəyərli xidmətlərə görə təşəkkür ifadə olunub.





