“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təqaüddə olan müəllimlər ziyarət

09/03/2026, 16:53
xeber1

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təhsildən təqaüdə çıxmış, illərini gənc nəslin yetişməsinə həsr etmiş qocaman müəllimlərimizlə səmimi görüş keçirildi.

Görüş zamanı uzun illər təhsil sahəsində yorulmadan çalışaraq yüzlərlə şagirdə elm və bilik öyrədən müəllimlərimizin zəhməti böyük hörmət və minnətdarlıqla xatırlandı.

Onların təhsilimizin inkişafına verdiyi töhfələr xüsusi vurğulandı, həyat və fəaliyyətləri gənc nəsil üçün nümunə kimi qeyd edildi.

Səmimi söhbət və xoş xatirələr fonunda keçən görüşdə qocaman müəllimlərimizə diqqət və ehtiram göstərildi, bayram münasibətilə təbriklər çatdırıldı və hədiyyələr təqdim olundu

Təhsilin inkişafında əməyi olan bütün müəllimlərimizi bir daha təbrik edir, onlara möhkəm can sağlığı, uzun ömür və firavan günlər arzulayırıq.



Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: