Xəbərlər
Təqaüddə olan Yaqub Mürvətovun 75 illik yubileyi münasibətilə təbrik edilib.

Təqaüdçü müəllimlər daim diqqət mərkəzindədir.
Elm və Təhsil İşçiləri Həmkarlar ittifaqı Siyəzən rayon komitəsinin təşkilatçılığı ilə Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində dəyərli görüş keçirilib. Görüş zamanı məktəbin rəhbərliyi, təşkilatçı heyət və pedaqoji kollektivin nümayəndələri uzun illər riyaziyyat müəllimi kimi səmərəli fəaliyyət göstərmiş, hazırda təqaüddə olan Yaqub Mürvətovun 75 illik yubileyi münasibətilə onu təbrik ediblər.
Gənc nəslin təlim-tərbiyəsində göstərdiyi ardıcıl zəhmət, peşəsinə bağlılıq və müəllim nümunəsi Yaqub müəllimin pedaqoji yolunu mənalı edib. Keçirilən yubiley görüşü müəllim əməyinə verilən yüksək dəyərin ifadəsi kimi yadda qalıb.
Yaqub Mürvətovu əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə rifahı və uzun ömür arzulayırıq.






