“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təqüdçü müəllim ilə səmimi görüş

17/03/2026, 23:41
xeber1

Pirallahı rayonunun təhsil həyatında öz izini qoymuş,illər boyu balaca ürəklərə bilik və sevgi aşılayan dəyərli müəllimə Əliyeva Sevil Bala qızını bu gün ziyarət etdik.168 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi çalışdığı illər ərzində yüzlərlə şagirdin həyatına işıq saçan Sevil müəllimə bu gün də xatirələrdə nur saçan bir ömür yolunun sahibidir.ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən müəllimənin evində keçirilən səmimi görüşdə onun zəhmət dolu fəaliyyəti bir daha minnətdarlıqla xatırlandı. Bu görüş sadəcə bir ziyarət deyil, həm də müəllim əməyinə verilən dəyərin, ehtiramın və vəfanın ifadəsi idi.

Sevil müəlliməyə möhkəm can sağlığı, uzun ömür arzulayır,onun kimi müəllimlərin cəmiyyətimiz üçün əvəzsiz olduğunu bir daha vurğulayırıq.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: